Xırdalan şəhərində AAAF Park Yaşayış Kompleksində intihara cəhd olub.
Məlumata görə, 25 saylı küçədə gənc xanım özünü binadan atıb. Nəticədə qadın ağır xəsarət alıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası həmin şəxsi xəstəxanaya aparıb.
Hadisənin təfərrüatları bilinmir. Faktla bağlı araşdırma aparılır.