Azərbaycanın Livandakı səfirliyinə qarşı təxribat törətmək istəyən ermənilərlə yerli polis arasında toqquşma baş verib
Beyrutda əvvəlcədən planlaşdırılmış və 1000-dən çox erməninin iştirak etdiyi təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş verib. Hazırda Azərbaycan əleyhinə şüarlar səsləndirən və səfirliyin binasına daxil olmaq istəyən ermənilər onların qarşısında sədd çəkmiş Beyrut polisinə hücumlar edirlər.
Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.