İstanbulda atışmada 4 azərbaycanlı yaralanıb

 İstanbulda atışmada 4 azərbaycanlı yaralanıb

İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində naməlum qruplar arasında atışma zamanı yralanmış azərbaycanlıların adları açıqlanıb.

Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğu məlumat yayıb.

Bu şəxslər Rakif Əliyev, Mahrec Kərimov,  Azər Amanov və Qulam İbrahimovdur.

Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

23:04 - 12 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin