Bakıda taksi sürücüsü naməlum şəxslər tərəfindən döyüldü - FOTO

 Bakıda taksi sürücüsü naməlum şəxslər tərəfindən döyüldü - FOTO

Bakıda naməlum şəxslər taksi sürücüsünü döyüblər.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisənin Qaradağ rayonu, Lökbatan dairəsində baş verdiyi bildirilir. Görüntülərdə naməlum iki nəfər hərəkətdə olan “Azsamand” markalı taksi avtomobilinin qapısını açaraq içəri daxil olur. Sonra onlar sürücünü döyməyə başlayırlar. Hadisə anı arxadan gələn nəqliyyat vasitəsinin videoqeydiyyat cihazına yazılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a hadisədən məlumatlı olduqları bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

20:55 - 12 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin