İş yerindən 16 min manatlıq soyuducunu satan şəxs saxlanıldı

 İş yerindən 16 min manatlıq soyuducunu satan şəxs saxlanıldı

Bakıda iş yerinə ziyan vuran şəxs tutulub. Asayis.Az xəbər verir ki, Binəqədi rayonunda fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub. Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq əldə olunan 15 700 manat pulun mənimsənilməsi müəyyən edilib.

Əməli törə.tməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

12:25 - 13 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin