Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı:
"Xarkov istiqamətində biz təkcə cənuba və şərqə deyil, həm də şimala doğru irəliləməyə başlamışıq. Dövlət sərhəddinə çıxmağa 50 km qalıb".
Baş komandan ukraynalı hərbi qulluqçuların Xarkov vilayətinin azad edilən Bayrak, Novaya Qusarovka, Şurovka və Olxovatka kəndlərində çəkilən bir neçə fotoşəkilləri dərc edib.
Xeyirli olsun. Ukrayna da Azərbaycan kimi seperatizmə qalib gəlsə, Rusiyanın vəziyyəti 1990-cı illərdə olduğundan daha kədərli olacaq. Moldova və Gürcüstan isə mütləq Kremlə qarşı ayaqlanacaq.