"Oliqarx Baku" restoranında nələr baş verir? - VİDEO

Son vaxtlarda paytaxt Bakının bir çox restoranlarında yaranmış problem insanları narahat edir. Onlardan biri də paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli ünvanda yerləşən, "Oliqarx Baku" adlı restorandır.

Redaksiyamıza gələn çoxsaylı şikayətlər əsasında araşdırma apardıq. 

Apardığmız araşdırmalara görə, bu məkanda bir sıra qayda pozuntuları olur ki, o da insan sağlamlığı üçün nəyinki fəsadı var, həmçinin olduğca təhlükəlidir. 

Məkanın icarədarı Vüsal adlı şəxsdir. Həmin şəxsin media üzərindən araşdırma aparsanız onun adının kifayət qədər qalmaqallarda hallandığını görmüş olacaqsız. Hətta bir neçə ay bundan öncə qeyri-etik hərəkətlərinə görə, elə öz məkanında Həsən adlı şəxs tərəfindən döyülüb.  "Oliqarx Baku"nun administratoru Yetər adlı xanım da "Burda mənəm Bağdadda kor xəlifə" qanunları ilə bu məkanı idarə edir. Müştərilərə təqdim olunan şişirdilirmiş hesaba etiraz edəndə Yetər və Vüsal adlı şəxs restoran mühafizəçilərinə döymə əmri verirlər. Hətta ən özbaşına formada "döyün, arxanızda biz dayanmışıq" kimi çirkin ifadələr işlədirlər. 

Qapalı məkanda qəlyan tüstüsündən göz açmaq olmur. Havalandırıcılar sıfır dərəcəsindədir, musiqili məkan kimi fəaliyyət göstərən bu restoranda ağız deyəni qulaq eşitmir. Məkana yetkinlik yaşına çatmayan şəxslər buraxılır, bundan əlavə, yüngül həyat tərzi keçirən xanımlara da rast gəlmək olar. 

Restoranın qarşısında ictimai asayış hər gün olmasa da demək olar günaşırı pozulur. Spirtli içki qəbul edən müştərilər bir-birlərinə qarşı küçə söyüşləri söyərək əlbəyaxa olurlar.  

Müştərilərə təqdim olunan qidalar nəyinki keyfiyyətsiz, demək olar vaxtı keçmiş və pis qoxu verir. 

Məkanda ödəniş zamanı ödənişi post-terminalla etmək istədikdə xidmətçi terminalın işləmədiyini, ödənişi kartdan-katda etməyi təkli edir. 

Bu da qanun pozuntusudur, vergidən yayınmaqdır - bununla bağlı son vaxtlar aidiyyəti qurumların ciddi şəkildə cəza tədbirlərinin şahidi oluruq. Məkanda fəaliyyət göstərən onlarla işçinin əmək müqaviləsi də yoxdur. 

Əldə etdiyimiz məlumata görə Vüsal-Yetər cütlüyü  özlərini hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışan birinin yaxın adamı kimi təqdim edir. 


Sadaladıqmız bir neçə ciddi nöqsanlarla bağlı ümidvarıq aidiyyəti qurumlar araşdırmalar aparıb öz tədbirlərini görəcəklər. Bizim işimiz isə gördüyümüz problemi yazıb ictimailəşdirməkdir. 

Araşdırıb qərar vermək isə adiyyəti qurumların üzərinə düşür. 

Ardı olacaq bizi izləyin... 



opeartiv24

11:43 - 11 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin