Tərtər çayında anası ilə birlikdə batan şəxsin meyiti tapılıb

 Tərtər çayında anası ilə birlikdə batan şəxsin meyiti tapılıb

Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb.

Həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb.

F.Rzayevanın meyiti həmin gün Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib.

Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.

15:07 - 11 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin