Xəyyam Mirzəzadənin oğlu Prezidentə təşəkkür etdi

 Xəyyam Mirzəzadənin oğlu Prezidentə təşəkkür etdi

Xəyyam Mirzəzadənin oğlu Prezidentə təşəkkür edib.

Asayis.Az  president.az-a istinadən təşəkkür məktubunu təqdim edir:

Möhtərəm cənab Prezident!

Bu yaxınlarda Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin adının əbədiləşdirilməsi üçün Bakının küçələrindən birinə onun adının verilməsi bizim ailəmiz üçün olduqca qürurverici xəbər oldu.

Sizin bəstəkara olan diqqətinizi biz həmişə hiss etmişik. Vaxtilə, atamı "Şərəf" ordeni və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif etmisiniz. Xəyyam Mirzəzadənin sənətinə verdiyiniz dəyər üçün Sizə son dərəcə minnətdarıq.

Öz adımdan və ailə üzvlərim adından Sizə dərin hörmət və məhəbbətlə təşəkkürümü bildirirəm. Sizə və ailənizə möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Xəyyam Mirzəzadənin ailəsi adından oğlu Pərvin Mirzəzadə.

Azərbaycan Respublikası, Bakı şəhəri.

16:30 - 10 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin