Qızının 16 yaşlı sevgilisini öldürüb gizlincə basdırdı

 Qızının 16 yaşlı sevgilisini öldürüb gizlincə basdırdı

Bakıda itkin düşən yeniyetmənin meyiti aşkar edilib.

Hadisə sentyabrın 7-si Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti sentyabrın 10-u qəsəbə ərazisindəki məzarlıqdan tapılıb.

Məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.

Qeyd edək ki, H.Şeydabəyovun itkin düşməsi barədə xəbər yayılmışdı.

Hazırda faktla bağlı araşdırma aparılır.

13:00 - 10 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin