İRU Baş katibi ilə görüş keçirilib

 İRU Baş katibi ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto ilə görüş keçirilib.

ABC.AZ xəbər verir ki, görüşdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Prezidenti cənab Həbib Həsənov da iştirak edib. Əsasən qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, daşımalar zamanı nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə bağlı kompleks yanaşma və həllərin ortaya qoyulmasına dair fikir mübadiləsi aparılıb.

Həmçinin Orta Dəhliz boyunca artan yük axınlarının səmərəli şəkildə idarə edilməsi, BYD kitabçalarının tətbiqi ilə daşınan yüklərin həcminin artırılması, məlumat mübadiləsinin genişləndirilməsi, əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.

 

 

 

17:00 - 21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin