Bakıda üç nəfər qazdan zəhərlənib. Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 23 yaşlı Rauf Vəli oğlu Qədimov, 21 yaşlı Məmmədrəhim Ağasi oğlu Minayətov və 20 yaşlı Elmir Ümid oğlu Səlimov yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər üçü Respublika Toksikologiya Mərkəzinə aparılsa da, R.Qədimov orada ölüb.
Faktla bağlı araşdırma aparılır. (Lent.az)