Azərbaycanda insan alverində təqsirləndirilən qadın AXTARIŞA VERİLDİ

 Azərbaycanda insan alverində təqsirləndirilən qadın AXTARIŞA VERİLDİ

Azərbaycanda qadın insan alverində ittiham olunaraq, barəsində axtarış elan olunub.

Asayis.Az Lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı Astara rayon sakini Vüsalə Raqib qızı Şiriyeva insan alverində təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanıb.

Vüsalə Şiriyevanın tutularaq, istintaqa cəlb edilməsi üçün barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən axtarış elan olunub.

15:38 - 10 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin