Nazir müdir müavinini işdən çıxardı

 Nazir müdir müavinini işdən çıxardı

Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsindən azad edilib. 

Asayis.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Orxan Teymur oğlu Kərimov işdən çıxarılıb.
 
O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində şöbə müdiri təyin edilib.

Qeyd edək ki, 2021-ci ilin mart ayında Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsindən azad edilərək, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini təyin olunmuşdu. 

13:33 - 7 Noyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin