"Falçılara qarşı qanun qəbul edilməlidir" - Sosioloq

Sosial şəbəkələrin verdiyi rahatlıq fırıldaqçılara əl-qol açmağa imkan yaradır. Real həyatda müəyyən kütləyə çata bilməyən falçılar, işlərini sosial media üzərindən rahatlıqla görürlər.

Tiktokda hər beş canlı yayından az qala biri falçı hesablarına aiddir. İnsanların gələcəyi haqqında proqnoz verir, yol göstərirlər. Canlı yayına yazanların yaş aralığına baxdıqda vəziyyət daha acınacaqlı görünür. Çoxluğu 17-30 yaş arası gənclər təşkil edir. Gənclərimizin düşüncə olaraq xurafat bataqlığında olduğu açıqca görünür. Bunlara qarşı hansı tədbirlər görülə bilər?


Sosioloq Mail Yaqub Demokrat.az-ın sualını cavablayıb. 

"Falçılıq təəssüf ki, inkişaf etmiş ölkələrdə də çox yayılıb. Avropada bir sıra ərəb ölkələrində varlı qadınlar falçılara milyonlarla pul ödəyirlər. Dəhşətdir, mənasızdır. Bu, məncə cinayətdir. Onlara qarşı tədbir görülməlidir. Ailələri dağıdırlar. İnsanların psixologiyasını pozurlar".

Onun fkrincə, addımbaşı insanlar falçıya üz tutur. 

"İnsanlar bütün həyatlarını falçıların diqtəsi ilə idarə edirlər. Buna qarşı xüsusi tədbir görülməli, qanun qəbul edilməlidir".

 

12:39 - 31 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin