Zaurun cəzası azaldıldı

 Zaurun cəzası azaldıldı

Xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən Zaur Mirzəyevin kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə bu gün Mirzəyevlə bağlı son qərar çıxarıb.

Ən üst instansiya məhkəməsi məhkum FHN polkovnikinə verilmiş şəxsi həyatın toxunulmazlığı ilə bağlı ittihama xitam verib. Qərara əsasən, onun cəzası 3 il 6 aydan 3 il 3 aya endirilib.

Qərar digər hissələrdə dəyişdirilməyib. Bununla da onun 1 il 1 ay çəkilməmiş cəzası qalıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev şəxsi həyatın toxunulmazlığını pozmaqda, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaqda və vəzifə saxtakarlığında təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Z.Mirzəyev videodakı qadınlardan birinə 4 min manat təzminat verməlidir. 

10:46 - 31 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin