20 yaşlı bacısını kəmərlə boğaraq öldürdü

 20 yaşlı bacısını kəmərlə boğaraq öldürdü

Bacısını öldüməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüsüynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məhəmməd Şahbazov barəsində başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsindən 120.1-ci maddəsinə tövsif olunub, təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə mayın 16-da Cəlilabad rayonunun ərazisində qeydə alınıb.

Belə ki, həmin gün rayon sakini, 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Şahbazovun qeyd olunan tarixdə bacısı R.Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Şahbazov şübhəli şəxs qismində tutulub.

14:16 - 29 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin