Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb.
Dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.
Belə ki, dava zamanı rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.
Digər iştirakçılar - Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü
Nurlan Seymur oğlu Əlizadə, Lənkəran rayonu, Boladi kənd sakini, 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına daxil olublar.
Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)