Aparıcı, prodüser Tarix Əliyev (Tolik) sosial verilişləri və telekanalları tənqid edib.
Axşam.az xəbər verir ki, Tolik yayımladığı videoda kanlların reytinq xatirinə sosial proqramlarda baş verən qalmaqalları yayımladığını deyib:
"Mənim saf, saf düşüncəli tamaşaçılarım, sosial şəbəkədə sosial verilişlərdən olan kadrlara baxırsınız. Deyirsiniz ki, canlı efirdi deyə belə danışırlar, çəkiliş olsun. Onlar canlı efir deyil. Veriliş efirə gecikmə ilə gedir. Əgər kanallar istəməsə həyasızlıqlar, tərbiyəsizliklər çılpaqlığı ilə sosial mediada yayılmasın, onu kəsə bilərlər. Kəsmirlər, çünki onlara lazımdır ki, sosial şəbəkədə yayılsın. Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir? Telekanalların ətəyində bir namaz qılmadığınız qaldı. Özləri bilərəkdən paylaşırlar ki, reytinq versin. TikTok-da və digər sosial şəbəkələrdə trend olmaq üçün edirlər".