Əlillər üçün ayrılan yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği açıqlanıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, açıqlamada deyilir: "Hörmətli sürücülər, bir parklanma məntəqəsində iki nişanın yanaşı olması sizi çaşdırmasın. Bu, qanunla yolveriləndir. Parklanma yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər mütləq qaydada nəzərə alınır. Fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün xüsusi yerlər müvafiq yol nişanları ilə təchiz edilir.
Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər. Bu yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 AZN məbləğində cərimə tətbiq edilir", - məlumatda deyilir.