Bakının Yasamal rayonunda 1989-cu il təvəllüdlü Zöhrab şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Dilarəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, Zöhrab yaşadıqları evdə tanışı Rəşidi evə qonaq gətirməsinə arvadı Dilarənin etiraz etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əsəbləşib. Onun sol gözaltı və bel nahiyəsinə bir dəfə əli ilə qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Zöhrabın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zöhrab ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, həyat yoldaşı Dilarə və üç azyaşlı övladı ilə birgə yaşayır:
“Dilarə ilə 2012-ci ildə ailə həyatı qurmuşam. Həmin nikahdan üç azyaşlı övladımız var. Hadisə günü saat 20 radələrində qonağım Rəşid evdən getdikdə sonra Dilarə onun bizə gəlməyinə narazılığın bildirməsi səbəbindən aramızda mübahisə oldu. Həmin mübahisə zamanı Dilarənin sol gözaltı nahiyəsinə və bel nahiyysəinə bir dəfə əlim ilə zərbə vurdum”.
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Zöhrabın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib. Demokrat.az