Bakıda tuneldə batanlar çörək paylayırmış - TƏFƏRRÜAT

 Bakıda tuneldə batanlar çörək paylayırmış - TƏFƏRRÜAT

Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində boğularaq ölən iki nəfər “Bakıxanov Çörək Zavodu”nun işçiləri olublar.

Asayis.Az tribunainfo.az-a istinadən xəbər verir ki, zavodun işçiləri sübh 5-də çörək paylamaq üçün çıxıblar. Güman edilir ki, qaranlıq və yağış olduğu üçün tunelə suyun dolduğunu görməyiblər.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digərinin axtarışı davam edir.

12:34 - 23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin