Piyadaların üzərinə su sıçradan sürücüləri hansı cəza gözləyir? - RƏSMİ AÇIQLAMA

 Piyadaların üzərinə su sıçradan sürücüləri hansı cəza gözləyir? - RƏSMİ AÇIQLAMA

Bildiyimiz kimi, oktyabrın 21-dən ölkəmizdə yağıntılı hava şəraiti müşahidə olunur. Təəssüflər olsun ki, yağıntı böyük fəsadlara, xoşagəlməz hallara səbəb oldu.

Məsələylə bağlı sosial mediada xeyli videolar paylaşıldı, müxtəlif fikirlər səsləndi. Yaşanan mənfi hallardan biri də bəzi sürücülərin şəxsi avtomobilləriylə keçərkən piyadalara yoldakı yağış gölməçələrindən su sıçratmasıdır.

Buna görə də bir çox vətəndaşa maraqlıdır ki, belə hallar yaşandıqda həmin sürücünü hər hansı bir cəza gözləyirmi?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, sürücülər yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar:

“Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara, nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibatı məsuliyyət yaradır”.

 Belə hallara səbəb olan sürücüləri hansı hüquqi tədbirlər gözləyir?

“Belə sürücülər aşkar edildikdə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsiylə inzibati tənbeh tədbirləri tətbiq ediləcək”, - deyə Toğrul Nəsirli qeyd edib.

12:13 - 23 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin