Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.
Hadisə Sabunçu rayonu 2 aprel küçəsində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Şamil Nəbiyev küçədə dava zamanı bıçaqlanıb.
Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.(APA)