Canlı yayımda övladını alçaldan tiktoker CƏZALANDIRILDI - VİDEO

 Canlı yayımda övladını alçaldan tiktoker CƏZALANDIRILDI - VİDEO
Azərbaycanda bloqer saxlanılıb.

Asayis.Az Lent.az-a istinadən xəbər verir ki, bloqer Rəna Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.

Buna səbəb onun canlı yayım zamanı özünün azyaşlı oğlunu alçaltması olub. Belə ki, o, "Nə edirəm oğulu? Mənə oğul lazımdır?" - deyə fikirlər səsləndirib. Bu da izləyicilər tərəfindən xoş qarşılanmayıb.

Rəna Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.

 

 

11:26 - 17 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin