Məktəbdə meyiti tapılan gözətçinin ölüm səbəbi məlum oldu

 Məktəbdə meyiti tapılan gözətçinin ölüm səbəbi məlum oldu

Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə ölüm hadisəsi qeydə alınıb. Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.

Asayis.Az 
xəbər verir ki, Bizim.Media ölüm hadisəsinin təfərrüatlarını öyrənib. 62 yaşlı gözətçi ürək xəstəsi olub.

Hadisə oktyabrın 12-si, təhsil müəssisəsinin qeyri-iş günündə baş verib. Kamal Mahmudov qəfil ürəktutmadan elə oradaca həyatını itirib.
 

18:15 - 14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin