Məcburi köçkünlərin bu hüquqları əllərindən alınır? - VİDEO

 Məcburi köçkünlərin bu hüquqları əllərindən alınır? - VİDEO
Sosial ipoteka kreditindən istifadə etmək hüququna gənc ailələr, şəhid ailələri, milli qəhrəman ailələri, məcburi köçkünlər, ən azı 3 il dövlət qulluğunda çalışan şəxslər, elmlər namizədi və ya elmlər doktorları, idman sahəsində xüsusi xidməti olan şəxslər malikdir. 

Güzəştli kreditlər vətəndaşa yalnız 1 dəfə verilir. Bu iş 21 bankda həyata keçirilir.

Güzəştli ipoteka krediti İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) tərəfindən təqdim olunan kreditdir. Güzəştli ipoteka kreditinin maksimal məbləği 100 000 AZN-dir. Müraciət edənlər minimum 10% ödəməklə, maksimum 30 il müddətinə kredit götürə bilərlər. 

Sosial ipotekadan yararlana biləcək şəxslər kateqoriyasında məcburi köçkünlər də var. Hazırda bu kateqoriyaya aid vətəndaşlar üçün dövlət tərəfindən öz ata-baba yurdlarında mənzillər tikilir.

Bunu nəzərə alsaq, həmin şəxslər sosial ipoteka üçün nəzərdə tutulan kateqoriyadan çıxarıla bilərləmi?

BTV-nin suallarına daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov cavab verib:
 

 

14:22 - 11 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin