Cərimələr əhalinin sosial vəziyyətinə uyğun olmalıdır - Sosioloq

 Cərimələr əhalinin sosial vəziyyətinə uyğun olmalıdır - Sosioloq

Xəbər verdiyimiz kimi, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılır. Bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. Belə ki Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Məsələyə sosioloq Mail Yaqublu Demokrat.az-a açıqlamasında münasibət bildirib:

“Cərimələrin tətbiq olunması bu kimi halların qarşısını ala bilir, dünya təcrübəsi bunu göstərir. Amma nəzərə almaq lazımdır ki, insanların sosial vəziyyəti ilə tətbiq olunan cərimələrin arasında bir balans olmalıdır. Məncə, hazırda Azərbaycanda tətbiq olunan cərimələr əhalinin əksəriyyətinin sosial durumuna uyğun deyil, həddən artıq şişirdilmiş məbləğdədir. Balanslaşdırılmış cərimələrin tətbiq olunması cəmiyyətdə neqativ halların, qaydaların pozulmasının qarşısını almaqda effektivdir”.

12:42 - 8 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin