Gədəbəy rayonunun Parakənd kəndində vanna otağında qaz sızmasından partlayış olub.
Asayis.Az-ın məlumatına görə, hadisə nəticəsində 1996-cı il təvəllüdlü A.Cəfərova ağır yanıq xəsarətləri alıb.
O, əvvəlcə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına, sonra Gəncədə yerləşən xəstəxanlaradan birinə aparılıb.
A.Cəfərovanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.