Uzun müddət işsiz qalan Zakir Qaralovun əmisi qızına yeni vəzifə verildi

 Uzun müddət işsiz qalan Zakir Qaralovun əmisi qızına yeni vəzifə verildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilib. 

Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocasən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub. 

Qeyd edə ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.

15:40 - 3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin