Tovuzda ölümlə nəticələn yol qəzası baş verib.
Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir azyaşlı hadisə yerində ölüb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
“VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri - 1988-ci il təvəllüdlü Əliyev Elçin, 1992-ci il təvəllüdlü Aslanov Elçin və Tovuz rayon Düz Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü İslamzadə Müşviq xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.