Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə tədris dayandırılıb və şagirdlər evə buraxılıblar.
Asayis.Az Bakupost.az-a istinadla xəbər verir ki, buna səbəb məktəbdə yanğın təhlükəsinin yaranmasıdır.
Valideynlərə bununla bağlı xəbərdarlıq olunub.
Qeyd olunur ki, şagirdlər məktəbin bufetində kiçik tüstülənmənin olduğunu görərək qorxuya düşüblər. Məktəb rəhbərliyi ehtiyat tədbiri kimi şagirdləri evə buraxıb. Hadisə yerinə FHN yanğınsöndürənləri cəlb olunub.
Məsələ araşdırılır.