Şəmkirdə yetkinlik yaşına çatmayan şəxsin öldürülməsilə bağlı cinayət işi başlanıb

 Şəmkirdə yetkinlik yaşına çatmayan şəxsin öldürülməsilə bağlı cinayət işi başlanıb

Oktyabrın 1-i Şəmkir rayon sakini yetkinlik yaşına çatmayan C.V-nin (şərti) ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir rayon prokurorluğundan Asayis.Az-a verilən məlumata görə, araşdırmalarla yetkinlik yaşına çatmayan S.B-nin (şərti) rayonun Mahmudlu kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək C.V-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, S.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

13:15 - 2 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin