Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı vəzifəsindən uzaqlaşdırılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, o artıq bir neçə gündür bu vəzifəni icra etmir.
Əldə etdiyimiz məlumata görə, o işində verdiyi nöqsanlara görə çıxarılıb.
N.Babanlının vəzifəsindən azad edilməsini sözügedən regional təhsil idarəsindən News24.az-a təsdiqləyiblər. Amma səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Nizaməddin Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru Mustafa Babanlı və AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının qardaşıdır.