Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs vəfat edib. Asayis.Az-ın məlumatına görə, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova dünən ölüb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.