Ötən gün həlak olan generalın hərbçi nəvəsi dəfn olunub - FOTO

 Ötən gün həlak olan generalın hərbçi nəvəsi dəfn olunub - FOTO

Goranboy rayonunda yol qəzasında həlak olan hərbçi doğulduğu torpaqda dəfn olunub.

Məlumatına görə, müddətdən artıq xidmət edən Vahid Maarif oğlu Ərəblinski bu gün doğulduğu Zaqatala rayonu Aşağı Tala kəndində hərbi orkestrin müşayiəti və yaylım atəşi ilə dəfn edilib. Hərbçinin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, general Ərəblinskinin nəticəsi olan Vahid Ərəblinski ötən gün Goranboy rayonunun Buzluq kəndi ərazisində idarə etdiyi “Ural” markalı avtomobilin dərəyə aşması nəticəsində həyatını itirib.

 


23:08 - 27 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin