Qazax rayonunda 1987-ci il təvəllüdlü İntiqam şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Rənaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Qazax rayonunun kəndlərindən birində baş verib. İntiqam yaşadıqları evdə arvadı Rənanın ona irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zamanı əli ilə Rənanın üz nahiyyəsinə bir neçə dəfə vuraraq, ona xəsarətlər yetirib.
Hadisəni törədən İntiqamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Rəna ilə 2010-cu ilin sentyabr ayında qeyri-rəsmi olaraq ailə həyatı qursada, 2019-cu ilin iyul ayında rəsmi olaraq nikaha daxil olub:
“Bizim bu nikahdan 2 övladımız dünyaya gəlib. Biz münasibətlərimizi evləndikdən hadisə baş verən günədək yaxşı olmayıb. Bizim münasibətlərinin korlanmasına səbəb xasiyyətlərimiz fəqli olması olub. Buna görə də aramızda müxtəlif vaxtlarda mübahisələr olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, onların sonuncu dəfə yenə arvadı Rəna ilə aralarında söz mübahisəsi baş verib:
“Mən mübahisə zamanı əsəbləşərək əlim ilə Rənanın üz nahiyyəsinə 1 dəfə şillə vurdum. Sonradan əsəbim keçdiyindən otağıma keçdim, öz işim ilə məşğul olmağa başladım. Səhəri gün axşam saatlarında Rəna ilə yenidən aralarında mübahisə baş verdi. Rənadan münasibətlərimizi düzəlməcəyini gördüm, yaşadığım evi tərk edərək getdim.
Sonradan mənə məlum oldu ki, arvadım barəmdə Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Hadisə yaşadığımız evin içərisində baş verib. Hadisə vaxtı yalnız Rənanın üz nahiyyəsinə 1 şillə vurdum. Hadisə zamanı isə ətrafda başqa heç kəs olmayıb. Sonradan əməlimdən peşman olmuşam, Rənadan üzrxahlıq etmişəm. Ona dəymiş maddi ziyanı ödəmişəm, onunla barışıq əldə etmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rənanın sözlərinə görə, həyat yoldaşı İntqiam ailədə əvvəllər münasibətləri yaxşı olsada, son 3 ildir ki münasibətləri korlanıb:
“Bizim münasibətlərimizin korlanmasına səbəb ərim İntiqamın məni başqa qadınla aldatması olub. Bu məsələyə görə aramızda müxtəlif vaxtlarda mübahisələr olub. Hadisə günü, günorta saat 13 radələrində yenə eyni məsləyə görə ərimlə aramızda söz mübahisəsi baş verib. İntiqam mübahisə zamanı əsəbləşərək əli ilə üz nahiyyəmə vurmağa başladı. Sonradan əsəbi keçmədiyindən ərim evdə olan dəmir maşa ilə yenidən mənim üz nahiyyəmə 3 dəfə zərbə endirdi. Əsəbi keçdikdən ərim yenidən yaşadığımız evə daxil olaraq heç nə olmamış kimi rəftar etməyə başladı. Mən də onun əsəbinin keçdiyini gördüm və şikayət etmək istəmədim”.
Rəna qeyd edib ki, növbəti gün, axşam saatlarında İntiqamla yenidən aralarında mübahisə baş verib:
“Mən də İntiqamın düzəlməyəcəyini görərək yaşadığım evi tərk etdim, baldızımgilə getdim. Daha sonra da Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmək qərarına gəldim. Hadisə zamanı İntiqama hər hansı bir formada qarşılıq verməmişəm, onu vurmamışam. Hadisə yaşadığımız evin içərisində baş verib. Bu səbəbdən də hadisə zamanı ətrafda başqa heç kəs olmayıb”.
Bu cinayət işinə Qazax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İntiqamın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib. Demokrat.az