Rusiya-Ukrayna müharibəsində nə qədər azərbaycanlı həlak olub?

 Rusiya-Ukrayna müharibəsində nə qədər azərbaycanlı həlak olub?

2022-ci ilin fevralında Ukraynada genişmiqyaslı müharibənin başlanğıcından etibarən bu ölkədə Ukrayna ordusunun sıralarında döyüşən ən az 60 etnik azərbaycanlı həlak olub.

Asayis.Az xəbər verir ki, bu barədə Turan-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib.

Onun sözlərinə görə, bu şəxslərin adbaad siyahısı mövcuddur. Həlak olanlar arasında həm Ukrayna vətəndaşları, həm də müvəqqəti yaşama icazəsi olan azərbaycanlılar var.

Müharibə dövründə həlak olan azərbaycanlı mülki şəxslərin sayı isə 70-80 nəfərdir.

Osmanlı qeyd edib ki, 2022-ci ildə müharibə başladığı zaman Ukraynada 400-500 min azərbaycanlı yaşayırdı və onların təxminən 100 mininin vətəndaşlığı var idi.
1000 günə yaxındır davam edən müharibədə Ukrayna ordusunun sıralarında etnik azərbaycanlılar da döyüşür.

Öz növbəsində, Ukraynanın nəzarət-təftiş komissiyasının sədri Elxan Nuriyev RF-nin bu ölkəyə qarşı müharibəsində döyüşən və həlak olan azərbaycanlıların sayı haqqında rəsmi statistikanın olmadığını qeyd edib.

Ukrayna ümumiyyətlə həlak olanlar və yaralananlar haqqında məlumatları açıqlamır. Qeyri-rəsmi məlumatlara görə, Ukrayna müharibəsində 100-ə yaxın azərbaycanlı - hərbiçi və mülki şəxs həlak olub.

Hazırda Ukraynanın tərəfində 1000-ə yaxın azərbaycanlı döyüşür, onlar arasında həm Ukrayna vətəndaşları, həm də Azərbaycan, Gürcüstan və hətta Rusiya vətəndaşları var.

09:52 - 18 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin