Anasını söyən arvadını cəzalandırdı - TƏFƏRRÜAT

 Anasını söyən arvadını cəzalandırdı - TƏFƏRRÜAT

Naxçıvan şəhərində 1976-cı il təvəllüdlü Əbülfət şəxsi münssibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Rəfiqəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin martın 22-də Naxçıvan şəhəri Bulqan kənd qəbiristanlığında baş verib. Əbülfət orada həyat yoldaşı Rəfiqə ilə aralarında baş vermiş ailə-məişət mübahisə zamanı onu döyərək ona xəsarətlər yetirib. 

Hadisəni törədən Əbülfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Rəfiqə ilə 18 ildir evlidir: “Evliliyimizin müddətində aramızda ailədaxili problemlər və mübahisələrimiz olurdu. Son zamanlarda həyat yoldaşım ilə aramızda daha çox mübahisələr olurdu. Bir sözlə demək olar ki, yola gedə bilmirdik”. 

Təqsirləndirlən şəxs bildirib ki, martın 21-də, saat 23 radələrində yaşadığı evə gəlib: “Evə girdikdən sonra stol üzərində olan çirkli qabların təmizlənmədiyini gördüm. Mən aramızda olan mübahisələrə son qoymaq üçün Rəfiqə ilə söhbət etmək istədim. Övladlarım evdə olduğu üçün bayırda söhbət etmək istədim. Rəfiqə ilə evdən çıxıb avtomobilimə əyləşdik. Bizim ev tərəfdə qəbiristanlıq var. Rəfiqənin rəhmətlik anam barəsində danışdığını da eşitmişdim. Ona görə də onu qəbiristanlığa apardım. Orada aramızda mübahisə oldu. Mübahisə zamanı mən onun yaxasından tutdum və ona bu problemlərə son verməyi dedim. Bu zaman mən avtomobilimdə olan balaca qatlanan bıçağı üzərimdə götürmüşdüm. Rəfiqə həmin zaman qışqıraraq danışırdı. Mən Rəfiqəni qorxutmaq üçün bıçağı çıxardım və onun ayağına tutdum. Rəfiqə həmin zaman yerə oturdu. Bu zaman necə olduğunu bilmədən bıçaq Rəfiqənin ayağını cızdı. Sonra Rəfiqəni tutaraq ayağa qaldırmaq istəyən zaman qolumdan dişlədi. Mən də bu zaman onun kürək nahiyyəsindən vuraraq ötürməsini bildirdim. Sonra Rəfiqəni çəkərək ayağa qaldırdım və avtomobilə əyləşdirdim. Biraz avtomobildə söhbət etdik. Avtomobildə söhbət edən zaman mən onun sifətindən tutaraq niyə belə edirsən, mənə bax normal danışaq yoluna qoyaq dedim. Bir nəticə olmadığını gördüm və evə getdik. Həyətin qapısından içəri girmədim və atamgilə gedəcəyimi bildirdim. Aramızda olan ailədaxili münasibətlərə görə mübahisə edirdik. Həmin məsələlər Rəfiqənin evə baxmamağı və özbaşına harasa gedib-getmədiyini soruşmağım idi. Rəfiqə ilə sakit yerdə söhbət etmək istəyirdim. Qəbristanlığa aparmaqda məqsədim ona izah etmək istəyirdim ki, nalayiq söz dediyin şəxs torpağın altındadır. Rəfiqəni şillə və yumruq ilə vurmuşam. Mübahisə zamanı əlimdə olan bıçaq Rəfiqənin ayağını cızıbdır. Son 10 gün olar ki, aramızda daha da çox mübahisə olurdu. Ən çox mübahisənin səbəbi Rəfiqənin gec saatlara qədər telefonda olmağı idi. Bıçağı üstümdə götürməkdə məqsədim Rəfiqəni qorxutmaq idi. Mən onu vuranda yerə uzanıb başını yerə vurdum. Rəfiqənin hansı xəsarətlər almasını həmin vaxt bilmədim. Bıçağın onun ayağını cızmasını bilmədim. Sonradan araşdırmada rəydən xəsarətlərin olmasını bilmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, ailəsinin təminatını daima ödəyib: “Ailəmi yaxşı saxlamışam istirahətini gəzintisini təşkil etdiyini, Türkiyə Respublikasında bir neçə dəfə səyahətdə olmuşuq. Yaşadığımız ev Naxçıvan şəhər qəbristanlığında yerləşir. Biz Bulqan kənd qəbristanlığına getdik. Səbəb isə anam orada dəfn olub.

Uşaqlarımız 10, 15, 16 yaşlarındadır. Həmin  vaxt böyük qızımız babamgildə idi. Uşaqlar da bildi ki, pul qabını axtarmağa gedirik. Bıçağı maşından düşəndə götürdüm. Qəbristanlığa çatanda Rəfiqənin yaxasından tutdum. Ona dedim ki, bu işlər nə vaxta qədər davam edəcək. Rəfiqə qarşılıq verdiyindən ona bir iki yumuruq zərbəsi vurdum. Hansı nahiyələrdən vurduğumu unutmuşam. Rəfiqəni qorxutmaq, ailəmiz düzəlməsi üçün bu hallar olmasın deyə bıçağı çıxararaq ayağına dayadım. Rəfiqə yerə oturanda bıçaq ayağını cızıb. Mənim onun ayağının yaralanmasından xəbərim olmayıb. Sonra Rəfiqə biraz aralandı. Mən isə onu tutaraq kürəyindən bir iki yumuruq vurdum, dedim ki, otur maşına gedək. Maşında gedərkən  Rəfiqə telefonla zəng vurmaq istədi. Mən isə telefonu alaraq sındırdım. Mənim maşına nə səbəbə getməyim yadımda deyil. İkinci bıçaq maşında idi. Göbələk yığmaq üçün maşında saxlayırdım”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəfiqənin sözlərinə görə, evlilikləri müddətində Əbülfətlə yaxşı yola getməyib: “Mən Əbülfətin xasiyyətinə bələd olduğum üçün onun bu hərəkətlərinə uşaqlarım üçün dözürdüm. Martın 22-də, gecəyarısı Əbülfət yaşadığımız evə gəldi və pul qabının qəbiristanlıqda itdiyini dedi. Mən də ondan bu saatda qəbiristanlıqda nə etdiyini soruşdum. Əbülfət mənə heç bir cavab vermədi və dedi ki, gəl mənimlə birgə gedək qəbiristanlığı axtaraq. Mən gödəkcəmi geyindim və birgə evdən çıxdım. Biz Bulqan kənd qəbiristanlığına getdik. Qəbiristanlığın darvazasına çatan zaman Əbülfət qəfildən mənim boğazımdan yapışdı və boğazıma bıçaq dayadı. Əbülfət məndən mart ayının 1-dən 5-nə qədər harada olduğumu soruşdu. Mən də Əbülfətə evdə və işdə olduğumu dedim. Əbülfət qışqıraraq yalan danışmamağımı deyirdi. Mən də Əbülfətə dedim ki, sən bilirsənsə hardaydım, mənə de. Əbülfət mənə cavab vermədi. Mən ona mübahisə zamanı boşanmağımızın lazım olduğunu dedim. Əbülfət əlindəki bıçağı mənim sol buduma batırdı. Mən səs çıxartmadım. Sonra Əbülfət bunu görən kimi bıçağı yanımdakı taxtaya batırdı və məni yumruqla üzümdən vurmağa başladı. Mən də Əbülfətin zərbələrindən yerə düşdüm. Mən yerə düşən zaman Əbülfət məni yerdə təpiklə vurmağa başladı. Həmin vaxtı Əbülfət avtomobilə tərəf getdi və mən də onun başının qarışdığını görərək polisə zəng etmək istədim. Sonra ayağa duraraq qaçanda Əbülfət məni arxadan tutdu və telefonumu alaraq qırdı. Sonra Əbülfət mənim saçımdan tutaraq yumruq və təpiklə döyməyə başladı. Mən halsız vəziyyətdə yerdə uzanmışdım. Bu zaman Əbülfət məni yenidən avtomobilə aparmaq istəyirdi. Mən isə piyada gedəcəyimi desəm də, Əbülfət məni öz avtomobilinə zorla mindirdi. Avtomobildə olanda Əbülfət məni bir neçə dəfə üzümdən şillə ilə vurdu. Sonra biz oradan çıxaraq evə gəldik. Mən Eminə dedim ki, evə daxil olmayacam. Sonra qızıma dedim ki, babana zəng et. Bir qədər sonra anam və atam gəldilər. Mən uşaqlarımı götürərək atamgilin evinə getdim”.

Zərərçəkmiş qeyd edib ki, həyat yoldaşı Əbülfət daima onun telefonunu yoxlayıb: “Ona mane yox idi. Mənim heç bir pis hərəkət yoxdur, olada bilməz. Mən telefondan ingilis dili üçün istifadə edirdim. Dil öyrənmək üçün ingilis və rus dilində filimlərə baxırdım ki, unutmayım. Əbülfət bunu məhdudlaşdırırdı. Mənim hazırlıq keçməyimə narazılıq edirdi. Mən uşaqlara görə işləyib, onların təhsilinə kömək etmək istəyirəm. Uşaqlarım məktəb birincisidir. Bizim evə barışıq üçün Əbülfətin qohumları gəlməyib. Gəliblər ki, mən şikayət ərizəmi geri götürüm. Əbülfətin mənimlə münasibəti olmayıb. Lakin iki aydır ki, uşaqlarla da maraqlanmır. Uşaqlar gedib onun yanına, lakin uşaqlarla maraqlanmayıb. Uşaqlar bu haldan sonra gələrək ağladılar ki atamız bizi dindirmədi”. 

Bu cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əbülfət 4 ay müddətə azadlıqdan məhrum edilib. Demokrat.az

17:08 - 17 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin