Bakıda daha iki məhkum xəstəlikdən öldü

 Bakıda daha iki məhkum xəstəlikdən öldü

Bakıda daha iki məhkum ölüb.

Məlumata görə, hadisə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan Rauf Nuhbala oğlu Cəfərov və Ənvər Niyazi oğlu Paşayev dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldükləri bildirilir.

Qeyd edək ki, daha əvvəl məhkumlar - Natiq Mehdiqulu oğlu Məmmədov və Asim Qasım oğlu Məmmədovun da vəfat xəbəri yayılmışdı. Onların da xəstəlikdən öldüyü bildirilmişdi.

13:18 - 25 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin