Bakıda ər-arvad yol qəzasında ölüb - FOTOLAR

 Bakıda ər-arvad yol qəzasında ölüb - FOTOLAR

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində keçinib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Mustafayeva Anargül Mamed qızı isə ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


13:11 - 25 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin