Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü

 Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü

Üç gün əvvəl Cəlilabadda yanıq xəsarətləri alan azyaşlı vəfat edib.

Asayis.Az xəbər verir ki, 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

Qeyd edək ki, Cəlilabadda evdə baş verən yanğın zamanı Rüqəyya yatmış vəziyyətdə olub. Hadisə yerinə gələn FHN-in Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən xilas olunan uşaq ağır vəziyyətdə Bakıya göndərilmişdi.

11:17 - 12 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin