Sumqayıt şəhərində xəstəxanada oğurluq hadisəsi baş verib.
Məlumata görə, sanitar geyimli qadın şəhərin Təcili Tibbi Yardım xəstəxanasında palatalardan oğurluq edib. Daha sonra heçnə olmamış kimi tibb mərkəzini tərk edib.
Hadisə xəstələrin şikayətindən sonra müşahidə kameraları vasitəsilə üzə çıxıb. Hazırda şəhər polisi həmin qarətçi xanımı axtarır.