Təqaüddə olan sabiq polis rəisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Yevlax Rayon Polis Şöbəsinin sabiq rəisi polkovnik Məşədiyev Natiq Hüseyn oğlu ona ayrılan təqaüdün azlığından narazıdır.
Sabiq rəis məhkəmədə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialı barəsində "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - pensiya təminatı üzrə" iddia qaldırıb.
İşə Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayevanın sədrliyi ilə baxılacaq.