Məsciddə namaz qılmaq adı ilə evdən çıxdı - İtkin düşdü

 Məsciddə namaz qılmaq adı ilə evdən çıxdı - İtkin düşdü

Siyəzən rayonunda gənc oğlan itkin düşüb.

Asayis.Az xəbər verir ki, Siyəzən şəhər S.Xeyrullayev küçəsində yaşayan S.Məlikova oğlunun itkin düşməsi barədə polisə müraciət edib.

Siyəzən RPŞ-yə ərizə ilə müraciət edən qadın bildirib ki, 23 yaşlı oğlu Mahmud Kamal oğlu Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Lakin həmin saatdan sonra ana oğlundan xəbər ala bilməyib.

Müraciətlə bağlı araşdırma aparılır.

16:45 - 9 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin