“Birtəhər yaşamağa çalışıram” - Ənvər Həsənov

 “Birtəhər yaşamağa çalışıram” - Ənvər Həsənov

Xəbər verdiyimiz kimi,  Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranıb.

O, hazırkı durumu ilə bağlı Asayis.Az-a açıqlama verib.

“Vəziyyətim  tam da yaxşı deyil. İynə vururlar, sistem qoşurlar, dərmanlar qəbul edirəm. Belə də birtəhər yaşamağa çalışıram. Ciyərlərimdə olan problem hələ də davam edir. Onun ağrısı böyrəyimə də təsir edir.  Həkimə iki dəfə getdim, daha getmirəm. Həkimlər o qədər şey tapıb çıxarır ki, Allah göstərməsin, deyiləsi deyil. İndi nə dərman, müalicə yazıblarsa onu qəbul edirəm”.
 

16:13 - 4 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin