Xəbər verdiyimiz kimi, Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranıb.
O, hazırkı durumu ilə bağlı Asayis.Az-a açıqlama verib.
“Vəziyyətim tam da yaxşı deyil. İynə vururlar, sistem qoşurlar, dərmanlar qəbul edirəm. Belə də birtəhər yaşamağa çalışıram. Ciyərlərimdə olan problem hələ də davam edir. Onun ağrısı böyrəyimə də təsir edir. Həkimə iki dəfə getdim, daha getmirəm. Həkimlər o qədər şey tapıb çıxarır ki, Allah göstərməsin, deyiləsi deyil. İndi nə dərman, müalicə yazıblarsa onu qəbul edirəm”.