İtkin düşən 17 yaşlı qız tapıldı - Oğurlandığı iddia edilirdi

 İtkin düşən 17 yaşlı qız tapıldı - Oğurlandığı iddia edilirdi

Bakıda itkin düşmüş 17 yaşlı Şaymuradova Sevda Marat qızı tapılıb.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itkin düşmüş kimi axtarışa verilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, S. Şaymuradova evdən təhsil kursuna getmək adı ilə çıxmış və geri dönməmişdi. Ailəsi onun oğurlandığını iddia edirdi.

15:11 - 2 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin