Bakıda itkin düşmüş 17 yaşlı Şaymuradova Sevda Marat qızı tapılıb.
Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, itkin düşmüş kimi axtarışa verilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Xatırladaq ki, S. Şaymuradova evdən təhsil kursuna getmək adı ilə çıxmış və geri dönməmişdi. Ailəsi onun oğurlandığını iddia edirdi.