Maaş kartlarından komissiya tutulması qanunsuzdur? - AÇIQLAMA

 Maaş kartlarından komissiya tutulması qanunsuzdur? - AÇIQLAMA

Kanklarla bağlı vaxtaşırı narazılıqlar səsləndirilir. Əksər hallarda da problemlər pul köçürmələri ilə bağlı olur. Bəzi maaş kartlarına milliön terminalları vasitəsilə pul köçürmələri edərkən komissiya tutulur. Bu da vətəndaşların narazılığına səbəb olur.

Bank sektoru üzrə ekspert Əkrəm Həsənov Asayis.Az-a açıqlamasında məsələyə münasibət bildirib:


“Əgər xidmət göstərən təşkilatın və ya bankın müqaviləsində bu nəzərə tutulubsa, komissiya tutula bilər. Maaş kartı və ya digər bank kartının olmasının fərqi yoxdur, maaş kartı da əslində adi bank hesabıdır. İstənilən pul köçürməsi bir xidmətdir, vətəndaşa xidmət göstərilir. Deməli, bu xidmətin də xərci var və bunu kimsə öz üzərinə götürməlidir. Bunu ya işəgötürən ödəyir, ya da işçi. Yəni, burada qanunsuz nəsə yoxdur”.

Demokrat.az

18:23 - 21 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin